https://news.day.az/azerinews/1697612.html Sərnişinlərə müjdə - Proses başlayıb - Qiymətlər... - VİDEO Cəmi bir dayanacaq gedən də 70 qəpik ödəyir, son dayanacağa gedən də. Məsafədən asılı olmayaraq eyni ödənişi ödəyirlər. Day.Az Xəzər TV-yə istinadən bildirir ki, söhbət paytaxt ərazisində, həmçinin qəsəbələrarası fəaliyyət göstərən avtobuslardan gedir. Avtobus sürücüləri isə bildirirlər ki, tənzimlənən qiyməti dəyişmək mümkün deyil.

Sərnişinlərə müjdə - Proses başlayıb - Qiymətlər... - VİDEO

Azərbaycanca, 12 октября 2024 11:33 (UTC +04:00) 805
Sərnişinlərə müjdə - Proses başlayıb

Cəmi bir dayanacaq gedən də 70 qəpik ödəyir, son dayanacağa gedən də. Məsafədən asılı olmayaraq eyni ödənişi ödəyirlər.

Day.Az Xəzər TV-yə istinadən bildirir ki, söhbət paytaxt ərazisində, həmçinin qəsəbələrarası fəaliyyət göstərən avtobuslardan gedir.

Avtobus sürücüləri isə bildirirlər ki, tənzimlənən qiyməti dəyişmək mümkün deyil.

Məsələ ilə bağlı Yerüstü Nəqliyyat Agentliyindən bildirilib ki, məsafəyə görə ödənişlərin tətbiq edilməsi üçün xüsusi infrastruktur qurulmalıdır.

Qurumdan o da qeyd edilib ki, hazırda gedişhaqqının nağdsız ödənilməsini təmin edən ödəniş sisteminə keçidin sürətləndirilməsi ilə bağlı işlər görülməkdədir.

Mövzu ilə bağlı daha ətraflı videomaterial təqdim edirik:

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости