Sürücünün boğazına bıçaq dirəyib soydular

Paytaxtın Qaradağ rayonunda quldurluq hadisəsi baş verib.

Day.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, sürücü Nazir Avadanov polisə müraciət edərək 3 nəfər tanımadığı şəxsin oktyabrın 29-u "Mercedes-Benz Sprinter" markalı mikroavtobusda onu soyduğunu bildirib. O qeyd edib ki, həmin şəxslər nəqliyyat vasitəsində olarkən boğazına bıçaq dirəyiblər.

Onlar 150 manat pul və "Redmi" markalı telefonu götürərək oradan uzaqlaşıblar.

Faktla bağlı Qaradağ RPİ-də cinayət işi başlanıb. Sübhan Dadaşzadə, Səid Abbasov və Xeyrulla Qaçayev şübhəli şəxs qismində saxlanılıb.