Həmin “moyka” ərazidən yığışdırıldı - Cinayət işi başlandı - FOTO
Məlum olduğu kimi, bu gün saytımızda Suraxanı rayonu Yeni Günəşli 5-ci massiv, bina 21-in sakinlərinin yaşadıqları əraziyə qanunsuz avtoyuma məntəqəsinin quraşdırılması ilə bağlı müraciəti dərc olunub.
Day.Az xəbər verir ki, məsələ ilə bağlı material "Qafqazinfo"da yayımlandıqdan sonra polis əməkdaşları tərəfindən qanunsuz avtoyuma məntəqəsinin götürülməsi təmin edilib.
DİN-in Mətbuat xidmətindən saytımıza bildirilib ki, qanunsuz hərəkətlərlə bağlı tədbirlər görülür və sakinlərin müraciəti nəzərə alınaraq avtoyuma məntəqəsi üçün qurulan konstruksiya ərazidən uzaqlaşdırılıb: "Faktla bağlı Cinayət Məcəlləsinin 188-ci (Torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozma) maddəsi ilə iş başlanıb. Hazırda istintaq hərəkətləri davam etdirilir".
Qeyd edək ki, avtoyuma məntəqəsinin həmin əraziyə özünü qazi kimi tədim edən bir qrup şəxs tərəfindən yerləşdirildiyi bildirilirdi.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре