https://news.day.az/azerinews/1752442.html Putinlə istər Ankarada, istərsə də İstanbulda görüşməyə hazıram - Zelenski Ukrayna 15 may tarixində Türkiyədə - istər Ankarada, istərsə də İstanbulda - Vladimir Putinlə danışıqlara hazırdır. Bu görüşün baş tutması üçün mümkün olan hər şey ediləcək. Day.Az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski mətbuat konfransı zamanı danışıb.

Putinlə istər Ankarada, istərsə də İstanbulda görüşməyə hazıram - Zelenski

Azərbaycanca, 13 мая 2025 19:12 (UTC +04:00) 511
Putinlə istər Ankarada, istərsə də İstanbulda görüşməyə hazıram

Ukrayna 15 may tarixində Türkiyədə - istər Ankarada, istərsə də İstanbulda - Vladimir Putinlə danışıqlara hazırdır. Bu görüşün baş tutması üçün mümkün olan hər şey ediləcək.

Day.Az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski mətbuat konfransı zamanı danışıb.

Ukraynalı dövlət başçısı bildirib ki, 15 may tarixində Türkiyədə danışıqlar məsələsi ilə bağlı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla danışıb.

"Prezident Ərdoğanla görüşümüzün Türkiyənin paytaxtı Ankarada baş tutacağını razılaşdırdıq. Görüş cümə axşamı, ayın 15-də olacaq. Biz Putinlə Türkiyədə görüşü gözləyəcəyik," - Zelenski qeyd edib.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости