https://news.day.az/azerinews/1758688.html Qurbanlıq heyvan kəsməyib onun dəyərində pul yardımı etmək olar? – AÇIQLAMA Qurban kəsməyib, həmin heyvanın dəyərində məbləği yoxsullara, imkansızlara pul, ərzaq şəklində vermək olmaz. Day.Az xəbər verir ki, bunu Trend-ə açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Hacı Fuad Nurullayev deyib.

Qurbanlıq heyvan kəsməyib onun dəyərində pul yardımı etmək olar? – AÇIQLAMA

Azərbaycanca, 7 июня 2025 10:10 (UTC +04:00) 432
Qurbanlıq heyvan kəsməyib onun dəyərində pul yardımı etmək olar?

Qurban kəsməyib, həmin heyvanın dəyərində məbləği yoxsullara, imkansızlara pul, ərzaq şəklində vermək olmaz.

Day.Az xəbər verir ki, bunu Trend-ə açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Hacı Fuad Nurullayev deyib.

Sədr müavini bildirib ki, şəriətdə İsmayıl qurbanı mütləq heyvan olaraq alınmalı, kəsilməli və ət şəklində paylanmalıdır.

"Başqa formada o qurbanı, onun pulunu bölmək, paylamaq olmaz. Mütləq heyvan kəsilməli və ət şəklində ehtiyacı olanlara paylanmalıdır", - deyə F.Nurullayev əlavə edib.

Xatırladaq ki, daha öncə Qurban bayramında hansı heyvanların kəsilməsi barədə yazı dərc etmişik.

Qeyd edək ki, bu il iyunun 6-7-si Azərbaycanda Qurban bayramı qeyd olunur.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости