https://news.day.az/azerinews/1758778.html
Paytaxt ərazisində oğurluq edənlər ələ keçdi
Bakının Nəsimi rayonu ərazisində bir nəfərə məxsua "Opel" markalı avtomobildən 453 manat pul, 606 manat dəyərində ədəd qol saatları və eynək oğurlanıb.
Paytaxt ərazisində oğurluq edənlər ələ keçdi

Bakının Nəsimi rayonu ərazisində bir nəfərə məxsua "Opel" markalı avtomobildən 453 manat pul, 606 manat dəyərində ədəd qol saatları və eynək oğurlanıb.
Day.Az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, Nəsimi RPİ 19-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 57 yaşlı Ə.Abbasov müəyyən olunaraq saxlanılıb.
Həmçinin Xətai rayonu ərazisində yerləşən bir evin qarşısından mopedi, Binəqədi rayonunda isə paytaxt sakininə məxsus 3300 manat dəyərində mobil telefonu oğurlamaqda şübhəli bilinən 22 yaşlı E.Mustafayev, 21 yaşlı D.Melikov və M.Mehdizadə də saxlanılıblar.
Faktlarla bağlı araşdırmalar aparılır.
Читать Day.Az в:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре