https://news.day.az/azerinews/1762021.html Azərbaycan və Küveyt arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq sənədi təsdiq edilib - FƏRMAN "Azərbaycan Respublikası Hökuməti ilə Küveyt Dövləti Hökuməti arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu" təsdiq edilib. Day.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Fərman imzalayıb.

Azərbaycan və Küveyt arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq sənədi təsdiq edilib - FƏRMAN

Azərbaycanca, 20 июня 2025 13:14 (UTC +04:00) 469
Azərbaycan və Küveyt arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq sənədi təsdiq edilib

"Azərbaycan Respublikası Hökuməti ilə Küveyt Dövləti Hökuməti arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu" təsdiq edilib.

Day.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Fərman imzalayıb.

Fərmana əsasən, 2025-ci il aprelin 30-da Əl-Küveyt şəhərində imzalanmış "Azərbaycan Respublikası Hökuməti ilə Küveyt Dövləti Hökuməti arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu" təsdiq edilib.

Bu Fərmanın 1-ci hissəsində göstərilən Anlaşma Memorandumu qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin etməli, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Anlaşma Memorandumunun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Küveyt Dövləti Hökumətinə bildiriş göndərməlidir.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости