Qırğızıstan Azərbaycanla uzunmüddətli sazişin bağlanmasına hədəflənib - Nazir müavini

Qırğızıstanın Mədəniyyət, İnformasiya və Gənclər Siyasəti Nazirliyi Azərbaycanla uzunmüddətli sazişin bağlanmasına hədəflənib.
Day.Az xəbər verir ki, bunu Trend-ə Qırğzısıtanın Mədəniyyət, İnformasiya və Gənclər Siyasəti Nazirinin müavini Soyuzbek Nadırbekov İqtisadi Əməkdaşlıq Təşkilatının Ağdamda keçirilən "Dayanıqlı və iqlimə davamlı gələcəyin qurulmasında gənclərin rolunun gücləndirilməsi" mövzusunda Gənclər Forumu çərçivəsində açıqlamasında deyib.
"Azərbaycanın Gənclər və İdman Nazirliyi ilə gənclər siyasəti sahəsində bir sıra sazişlərin üzərində iş aparılır. Biz məhz uzunmüddətli əməkdaşlığa köklənmişik, birdəfəlik təşəbbüslərə yox. Hal-hazırda bizim nazirlik müvafiq sazişlər, Azərbaycan və bir sıra başqa ölkələrlə tərəfdaşlıq memorandumlarının layihələrini hazırlamaqdadırlar. Ümumi görüşlər çərçivəsində biz bu sənədləri Azərbaycan tərəfinə təklif etməyi planlaşdırırıq",- deyə o bildirib.
Nazir müavini qeyd edib ki, Qırğızıstan və Azərbaycan gənclər siyasəti sahəsində fəal əməkdaşlıq edir, hər iki ölkənin gəncləri müxtəlif birgə platformalarda mütəmadi olaraq qarşılıqlı əlaqədə olur.
"İstərdik ki, ölkələrimizin gəncləri vahid ümumi platformada birləşsin, bu elə bir məkan olsun ki, onlar orada görüşə, inkişaf edə, tanış ola və möhkəm əlaqələr qura bilsinlər. Bizcə, məhz bu məsələlərlə hər iki ölkənin aidiyyəti qurumları məşğul olmalıdır", - deyə o vurğulayıb.
Onun sözlərinə görə, gələn il Qırğızıstanda Altıncı Dünya Köçəri Oyunları keçiriləcək. Bu oyunlar iki ildən bir keçirilir və ötən il Qazaxıstanın paytaxtı Astana şəhərində baş tutub.
"Biz beynəlxalq könüllüləri cəlb etməyi planlaşdırırıq və əlbəttə, Azərbaycan gənclərinin də iştirakına ümid edirik. Bu oyunlar etnomədəni istiqamətdədir və bir növ Olimpiya oyunlarına alternativdir. Azərbaycanlı dostlarımızı və qonaqlarımızı bu layihənin iştirakçıları arasında görmək çox xoş olardı", - deyə Naıdırbekov əlavə edib.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре