https://news.day.az/azerinews/1769485.html Avtomobil darvazaya çırpıldı - Sürücü öldü, 2 nəfər yaralandı Şabranda ağır yol qəzası baş verib. Day.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, rayon sakini 2001-ci il təvəllüdlü Ramazan Süleymanovun sürdüyü "Daewoo Gentra" markalı avtomobil idarəetmədən çıxıb. Nəticədə maşın Şabran şəhəri Heydər Əliyev prospektində məktəbin yaxınlığında yerləşən yaşayış evinin darvazasına çırpılıb.

Avtomobil darvazaya çırpıldı - Sürücü öldü, 2 nəfər yaralandı

Azərbaycanca, 23 июля 2025 09:48 (UTC +04:00) 400
Avtomobil darvazaya çırpıldı

Şabranda ağır yol qəzası baş verib.

Day.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, rayon sakini 2001-ci il təvəllüdlü Ramazan Süleymanovun sürdüyü "Daewoo Gentra" markalı avtomobil idarəetmədən çıxıb. Nəticədə maşın Şabran şəhəri Heydər Əliyev prospektində məktəbin yaxınlığında yerləşən yaşayış evinin darvazasına çırpılıb.

Hadisə nəticəsində sürücü Ramazan Süleymanov ölüb, avtomobildə olan sərnişinlər - 2005-ci il təvəllüdlü Kamal Əhmədov və 2001-ci il təvəllüdlü Ümid Kərimov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости