https://news.day.az/azerinews/1769654.html
Fransanın ordu baş qərargah rəisi istefaya göndərilib
Fransada ölkənin silahlı qüvvələrinin baş qərargah rəisi Tyerri Burkhard tutduğu vəzifədən azad edilib. Day.Az bu barədə Fransa KİV-ə istinadən xəbər verir. Məlumata görə, Emmanuel Makronun sərəncamı ilə boş qalmış posta Fransa hərbi hava qüvvələrinin generalı Fabyen Mandon gətirilib.
Fransanın ordu baş qərargah rəisi istefaya göndərilib

Fransada ölkənin silahlı qüvvələrinin baş qərargah rəisi Tyerri Burkhard tutduğu vəzifədən azad edilib.
Day.Az bu barədə Fransa KİV-ə istinadən xəbər verir.
Məlumata görə, Emmanuel Makronun sərəncamı ilə boş qalmış posta Fransa hərbi hava qüvvələrinin generalı Fabyen Mandon gətirilib.
Ölkənin müdafiə naziri Sebastyen Lekornü öz X səhifəsində Burkhardı göstərdiyi xidmətlərə görə, o cümlədən "təhdidləri aydın şəkildə görməsi və təhdidlərə qarşı mübarizə aparmaq üçün Fransa Silahlı Qüvvələrini daim uyğunlaşdırmaq səylərinə görə" təşəkkür edib.
Читать Day.Az в:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре