https://news.day.az/azerinews/1770294.html Bakı Metropoliteninin iş rejimində dəyişiklik ediləcək Bakı Metropoliteni iyulun 27-də Bakı Olimpiya Stadionunda keçiriləcək dünya şöhrətli müğənni Castin Timberleykin konserti ilə əlaqədar olaraq iş rejimində dəyişiklik edəcək. Day.Az-ın məlumatına görə, bu barədə "Bakı Metropoliteni" QSC-dən bildirilib.

Bakı Metropoliteninin iş rejimində dəyişiklik ediləcək

Azərbaycanca, 26 июля 2025 19:42 (UTC +04:00) 788
Bakı Metropoliteninin iş rejimində dəyişiklik ediləcək

Bakı Metropoliteni iyulun 27-də Bakı Olimpiya Stadionunda keçiriləcək dünya şöhrətli müğənni Castin Timberleykin konserti ilə əlaqədar olaraq iş rejimində dəyişiklik edəcək.

Day.Az-ın məlumatına görə, bu barədə "Bakı Metropoliteni" QSC-dən bildirilib.

Konsertin saat 20:00-da başlanması nəzərə alınaraq, metro stansiyalarının iş vaxtı iyulun 27-dən 28-nə keçən gecə 2 saat uzadılacaq. Belə ki, bütün stansiyaların girişi saat 00:00-dan 02:00-dək sərnişinlərin istifadəsində olacaq.

Bu addımın məqsədi konsert iştirakçılarının gec saatlarda ictimai nəqliyyatdan rahat və təhlükəsiz şəkildə istifadə etmələrini təmin etməkdir.

Tədbirə gedən sərnişinlərə "Koroğlu" stansiyasının 3 və 4-cü çıxışlarından istifadə etmələri tövsiyə olunur.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости