https://news.day.az/azerinews/1770476.html Ölümdən son anda qurtuldular - VİDEO "American Airlines" aviaşirkətinə məxsus "Boeing 737 Max" tipli sərnişin təyyarəsində yanğın hadisəsi baş verib. Day.Az Milli.Az-a istinadən xəbər verir ki, hadisə ABŞ-nin Kolorado ştatında yerləşən Denver Beynəlxalq Hava Limanında qeydə alınıb.

Ölümdən son anda qurtuldular - VİDEO

Azərbaycanca, 28 июля 2025 09:40 (UTC +04:00) 429
Ölümdən son anda qurtuldular

"American Airlines" aviaşirkətinə məxsus "Boeing 737 Max" tipli sərnişin təyyarəsində yanğın hadisəsi baş verib.

Day.Az Milli.Az-a istinadən xəbər verir ki, hadisə ABŞ-nin Kolorado ştatında yerləşən Denver Beynəlxalq Hava Limanında qeydə alınıb.

Məlumata görə, Mayami istiqamətində uçuşa hazırlaşan təyyarənin şassi (daşınan təkər) hissəsində qəfil yanğın başlayıb.

Bütün sərnişinlər, ümumilikdə 173 nəfər, eləcə də ekipaj üzvləri operativ şəkildə təxliyə olunub.

Hadisə nəticəsində xəsarət alanların olub-olmaması barədə məlumat verilməyib.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости