https://news.day.az/azerinews/1771231.html Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti direktorunun müavinləri artırılıb - FƏRMAN Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti direktorunun müavinləri artırılıb.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti direktorunun müavinləri artırılıb - FƏRMAN

Azərbaycanca, 31 июля 2025 13:20 (UTC +04:00) 755
Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti direktorunun müavinləri artırılıb

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti direktorunun müavinləri artırılıb.

Day.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi "Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin Nizamnaməsi"ndə edilən dəyişiklikdə öz əksini tapıb.

Dəyişikliyə əsasən, Xidmətin İcraçı direktorunun üç müavini olacaq. Bundan əvvəl müavinlərin sayı bir idi.

Xidmətin cari fəaliyyətinə rəhbərliyi İcraçı direktor həyata keçirir. İcraçı direktor Şura tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilir. İcraçı direktorun onun təqdimatı əsasında Şura tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən üç müavini var.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости