https://news.day.az/azerinews/1773569.html Şabranda əkin sahələrinin yandırılmasına görə 2 nəfər saxlanılıb Avqustun 4-də və 10-da Şabran rayonunun müxtəlif ərazilərində biçilmiş taxıl sahələrinin qəsdən yandırılması ilə bağlı polis əməkdaşları tərəfindən iki nəfər müəyyən olunaraq saxlanılıb. Day.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Şabranda əkin sahələrinin yandırılmasına görə 2 nəfər saxlanılıb

Azərbaycanca, 12 августа 2025 10:03 (UTC +04:00) 410
Şabranda əkin sahələrinin yandırılmasına görə 2 nəfər saxlanılıb

Avqustun 4-də və 10-da Şabran rayonunun müxtəlif ərazilərində biçilmiş taxıl sahələrinin qəsdən yandırılması ilə bağlı polis əməkdaşları tərəfindən iki nəfər müəyyən olunaraq saxlanılıb.

Day.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

 

Bildirilir ki, araşdırmalarla bu qanunsuz əməllərin rayon sakinləri Ağaməmməd Heydərov və Abdulla Abdullayev tərəfindən törədildiyi məlum olub. Onlar biçilmiş əkin sahələrini yandırdığına görə alov nəzarətdən çıxaraq daha geniş ərazilərə yayılıb.

Saxlanılan hər iki şəxs məsuliyyətə cəlb olunub.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости