Tramp ABŞ qoşunlarının Ukraynada yerləşdirilməsini nəzərdən keçirmir

ABŞ Prezidenti Donald Tramp, Volodimir Zelenski və Avropa liderləri ilə Kiyev üçün mümkün təhlükəsizlik təminatları barədə aparılan müzakirələr zamanı ABŞ qoşunlarının Ukrayna ərazisinə yerləşdirilməsi məsələsini gündəmə gətirməyib.

Day.Az xəbər verir ki, "NBC News" bu barədə mənbələrə istinadən xəbər yayıb.

Mənbələrin bildirdiyinə görə, söhbət mahiyyətcə NATO öhdəliklərinə bənzər təminatlardan gedir.

Telefon danışıqları zamanı Rusiya ilə mümkün razılaşmanın tərkib hissəsi olaraq Avropa və ABŞ-ın təhlükəsizlik zəmanətləri müzakirə olunub.

Qeyd edək ki, bundan əvvəl Trampın Avropa müttəfiqləri ilə NATO prinsipləri əsasında Ukrayna üçün təhlükəsizlik təminatlarını müzakirə etdiyi bildirilmişdi.