Ali Məhkəməyə daxil olan mülki işlərin sayı azalıb

Mülki kollegiya üzrə 2025-ci ildə Ali Məhkəməyə daxil olan mülki işlərin sayında əvvəlki illə müqayisədə azalma müşahidə olunub.

Day.Az xəbər verir ki, bu barədə Ali Məhkəmə Plenumunun 2025-ci ilin yekunlarına həsr olunmuş iclasında bildirilib.

Qeyd olunub ki, əlavə kassasiya qaydasında Ali Məhkəmə Plenumuna daxil olan işlərin sayında artım qeydə alınıb.

Məlumata görə, 2025-ci ildə mülki işlər üzrə respublika məhkəmələrinə ümumilikdə 234 min 597 iş daxil olub. Bu göstərici əvvəlki dövrlə müqayisədə 8,3 faiz artıb.

Hesabat dövründə apellyasiya şikayəti verilən işlərin sayı 3,5 faiz artsa da, kassasiya şikayətlərinin sayında 5,9 faiz azalma qeydə alınıb.