https://news.day.az/azerinews/1816693.html Bakının mərkəzindəki yanğın söndürüldü - FOTO - VİDEO Paytaxtın Səbail rayonu ərazisində yerləşən ikimərtəbəli yaşayış binasında baş verən yanğın qonşu mənzilə də keçib. Day.Az Trend-ə istinadən xəbər verir ki, Lev Tolstot küçəsində yerləşən binanın birinci mənzilində alovun qarşısı alınsa da, yanğın sonradan bitişik ikinci mənzilə keçib. Hazırda alovun yenidən gücləndiyi bildirilir.

Bakının mərkəzindəki yanğın söndürüldü - FOTO - VİDEO

Azərbaycanca, 17 февраля 2026 13:11 (UTC +04:00) 429
Bakının mərkəzindəki yanğın söndürüldü

Bakı şəhəri, Yasamal rayonu, Lev Tolstoy küçəsində yaşayış binasında baş vermiş yanğın tam söndürülüb.

Bu barədə Day.Az-a Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

xxx
14:05

Yasamal rayonunda yaşayış binasında baş verən yanğın məhdudlaşdırılıb.

Day.Az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi yanında Dövlət Yanğından Mühafizə Xidmətinin rəis müavini, polkovnik Arif Babayev jurnalistlərə açıqlamasında məlumat verib.

O bildirib ki, bina və dam örtüyü əsasən taxta konstruksiyalardan, həmçinin qır, daş yunu və çardaq hissəsindən ibarət olduğuna görə alovun yayılması sürətlənib və söndürmə işləri mürəkkəbləşib:

"Hazırda yanğın məhdudlaşdırılıb, alovun tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir".

xxx
13:58

Paytaxtın Yasamal rayonu, Lev Tolstoy küçəsində yerləşən yaşayış binasında yanğın baş verib və dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.

FHN-in Mətbuat xidmətindən Day.Az-a verilən xəbərə görə, binanın taxta araskəsmələrdən ibarət olması yanğının söndürülməsi işlərini çətinləşdirsə də yanğından mühafizə bölmələri tərəfindən görülmüş operativ tədbirlərlə yanğın nəzarət altına alınıb.

Təhlükəsizlik tədbirləri çərçivəsində bina sakinlərinin təxliyəsi həyata keçirilib.

Hazırda yanğınla mübarizə əməliyyatı davam edir.

Əlavə məlumat veriləcək.

  • Bakının mərkəzindəki yanğın söndürüldü
  • Bakının mərkəzindəki yanğın söndürüldü
  • Bakının mərkəzindəki yanğın söndürüldü
  • Bakının mərkəzindəki yanğın söndürüldü
  • Bakının mərkəzindəki yanğın söndürüldü
  • Bakının mərkəzindəki yanğın söndürüldü
  • Bakının mərkəzindəki yanğın söndürüldü
  • Bakının mərkəzindəki yanğın söndürüldü
Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости