https://news.day.az/azerinews/1816694.html Yasamaldаki yanğında xəsarət alan var - RƏSMİ Yasamal rayonu, Lev Tolstoy küçəsində yerləşən ikimərtəbəli yaşayış binasında yanğın zamanı xəsarət alan var. Day.Az xəbər verir ki, bu barədə Trend-in sorğusuna cavab olaraq Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzindən məlumat verilib.

Yasamaldаki yanğında xəsarət alan var - RƏSMİ

Azərbaycanca, 17 февраля 2026 13:08 (UTC +04:00) 343
Yasamaldаki yanğında xəsarət alan var

Yasamal rayonu, Lev Tolstoy küçəsində yerləşən ikimərtəbəli yaşayış binasında yanğın zamanı xəsarət alan var.

Day.Az xəbər verir ki, bu barədə Trend-in sorğusuna cavab olaraq Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzindən məlumat verilib.

Bildirilir ki, bu gün saat 11:47 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Səbail rayonu, L. Tolstoy 7 küçəsindən yanğın baş verməsi səbəbilə çağırış qeydə alınıb.

"Çağırış ünvanına 5 təcili tibbi yardım briqadası cəlb olunub.

Təcili tibbi yardım briqadası tərəfindən 63 yaşlı (qadın) bədənin müxtəlif nahiyələrinin II-III dərəcəli termiki yanığı diaqnozu ilə Nərimanov Tibb Mərkəzinin nəzdində olan Yanıq Mərkəzinə hospitalizasiya olunub", məlumatda qeyd olunub.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости