Azərbaycanda qəfil ölümlərin artım tendensiyası

Son illərdə qəfil ölümlərin sayı artıb və bu, cəmiyyətin diqqətini daha da cəlb edir. Hətta məktəb şagirdlərinin belə qəfil dünyasını dəyişməsi xəbərləri mətbuatda tez-tez yer alır. Bu cür faciələr, insanların ölümün səbəbini aydınlaşdırma məsələsini gündəmə gətirir.

Bəs qəfil ölümlərin səbəbi nədir?

Həkim Adil Qeybula Day.Az-a açıqlamasında deyib ki, qəfil ölümlərin əksər səbəbləri trombotik xəstəliklər, trombemboliya və ürəyin özünə bağlı olan xəstəliklərdir.

"Bu, ürəyin kəskin işimiyası, ürəyin elektrik dayanması, ürəyin ritm pozuntuları, insult və digər hallarda qəfil ölümlərə gətirib çıxarır. Amma hər bir hal istənilən halda autopsiya zamanı dəqiqləşməlidir. Ölümün birbaşa səbəbi araşdırılmalıdır, çünki bu, həm də elmi proqnoz üçün, məsələyə yanaşmaq üçün və profilaktika üçün çox vacibdir.

Həkim qəfil ölümlərin artan tendensiyasını və bu məsələdəki hüquqi boşluqları vurğulayaraq, autopsiya praktikalarının vacibliyini qeyd edib. O, bu cür ölümlərin səbəblərinin daha aydın olması və profilaktik tədbirlərin həyata keçirilməsi üçün qanunvericilikdə dəyişikliklərin zəruri olduğunu bildirdi.

"Məsələnin daha dərindən araşdırılması və autopsiya kimi müvafiq tədbirlərin alınması vacibdir."

Elvin Səxavətoğlu
Day.Az