https://news.day.az/azerinews/1826226.html Nabranda və İstisuda sel – icra başçısı əraziyə getdi - FOTO Xaçmaz rayonunda aprelin 4-ü və 5-i tarixlərində aramsız yağan güclü leysan xarakterli yağışlar nəticəsində Nabran kəndində fəsadlar yaranıb. Day.Az xəbər verir ki, sel suları evlərin həyətyanı sahələrinə, obyektlərə və kənd yollarına xeyli ziyan vurub. Ümumilikdə Nabran kəndi ərazisində 216 evə ziyan dəyib.

Nabranda və İstisuda sel – icra başçısı əraziyə getdi - FOTO

Azərbaycanca, 6 апреля 2026 17:53 (UTC +04:00) 339
Nabranda və İstisuda sel – icra başçısı əraziyə getdi

Xaçmaz rayonunda aprelin 4-ü və 5-i tarixlərində aramsız yağan güclü leysan xarakterli yağışlar nəticəsində Nabran kəndində fəsadlar yaranıb.

Day.Az xəbər verir ki, sel suları evlərin həyətyanı sahələrinə, obyektlərə və kənd yollarına xeyli ziyan vurub. Ümumilikdə Nabran kəndi ərazisində 216 evə ziyan dəyib.

Aramsız yağan leysan yağışları və rayon ərazisindən keçən çaylarda əmələ gələn sel suları Xaçmaz rayonunun İstisu qəsəbəsində fərdi təsərrüfatlara, əkin sahələrinə və yol infrastrukturuna xeyli ziyan vurub. Təbii fəlakət nəticəsində qəsəbədə 150-dən çox fərdi yaşayış evi ciddi zərər görüb.

Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, Rayon Fövqəladə Hallar Komissiyasının üzvləri, FHN-in Şimal Regional Mərkəzinin əməkdaşları və digər aidiyyəti qurumların rəhbər şəxsləri hadisə yerinə gələrək vəziyyətlə yerində tanış olublar. İcra başçısı zərərçəkmiş sakinlərlə görüşüb, görüş zamanı vətəndaşların müraciət, təklif və tövsiyələri dinlənilib, mövcud vəziyyət yerində araşdırılıb.

Hazırda xilasetmə və bərpa işləri davam etdirilir. Fövqəladə Hallar Nazirliyinin qüvvələri, kommunal xidmət işçiləri və yerli icra strukturları birgə fəaliyyət göstərərək suyun çəkilməsi, yolların təmizlənməsi, zərər çəkmiş evlərdə və obyektlərdə ilkin bərpa işlərini aparırlar.

  • Nabranda və İstisuda sel – icra başçısı əraziyə getdi

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости