https://news.day.az/azerinews/1835331.html
Bu marşrut üzrə qatarlar həftəsonları ikitərəfli hərəkət edəcək
Yay mövsümünə keçidlə əlaqədar Bakı-Qəbələ-Bakı marşrutu üzrə səfərlər iyunun 6-dan etibarən şənbə və bazar günləri ikitərəfli qaydada təşkil olunacaq. Day.Az xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" QSC (ADY) məlumat yayıb. Məlumata görə, həftəsonları qatarlar həm Bakıdan Qəbələyə, həm də əks istiqamətdə hərəkət edəcək.
Bu marşrut üzrə qatarlar həftəsonları ikitərəfli hərəkət edəcək
Yay mövsümünə keçidlə əlaqədar Bakı-Qəbələ-Bakı marşrutu üzrə səfərlər iyunun 6-dan etibarən şənbə və bazar günləri ikitərəfli qaydada təşkil olunacaq.
Day.Az xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" QSC (ADY) məlumat yayıb.
Məlumata görə, həftəsonları qatarlar həm Bakıdan Qəbələyə, həm də əks istiqamətdə hərəkət edəcək.
Sərnişinlər biletləri ADY-nin rəsmi saytı, "ADY Mobile" tətbiqi və dəmiryol kassaları vasitəsilə əldə edə bilərlər.
Присоединяйтесь к нам в мессенджерах:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре