https://news.day.az/azerinews/1846319.html
Dəniz suyu saçlara necə təsir edir? Mütəxəssislər vacib məsləhətlər verdi
Mütəxəssislər bildirirlər ki, dəniz suyunun tərkibindəki duz saç tellərindən nəmi çəkərək onların qurumasına və zəifləməsinə səbəb olur. Nəticədə saçlar elastikliyini itirir, daha tez qırılır və zədələnməyə meyilli olur.

Day.Az xəbər verir ki, bundan başqa, saçda qalan duz kristalları günəş şüaları ilə birlikdə "mikro-linza" effekti yarada bilər.
Bu isə saç strukturunun daha sürətli zədələnməsinə və qocalmasına gətirib çıxarır.
Mütəxəssislər dənizdən çıxdıqdan dərhal sonra saçların şirin su ilə yuyulmasını, yumşaq şəkildə qurulanmasını və qoruyucu vasitələrdən istifadə edilməsini tövsiyə edirlər.
Присоединяйтесь к нам в мессенджерах:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре