Uzun müddət oturmaq sağlamlıq üçün risk yaradır – Araşdırma nəticələri açıqlandı
Elmi tədqiqatlara əsasən, gün ərzində uzun müddət hərəkətsiz və oturaq vəziyyətdə qalmaq müxtəlif ciddi xəstəliklərin riskini artırır. Hər əlavə saat oturmaq, xüsusilə onkoloji xəstəliklərdən ölüm ehtimalını yüksəldə bilər.
Day.Az xəbər verir ki, araşdırmada minlərlə insanın illərlə izlənməsi nəticəsində müəyyən edilib ki, fiziki aktivlik oturaq həyat tərzinin mənfi təsirlərini azaldır.
Qısa belə olsa, gündəlik hərəkət fasilələri riskləri əhəmiyyətli dərəcədə aşağı salır və ümumi sağlamlığa müsbət təsir göstərir.
Mütəxəssislər bildirirlər ki, gün ərzində az da olsa hərəkət etmək, oturaraq keçən vaxtı azaltmaq və kiçik idman fasilələri vermək sağlamlıq üçün vacib profilaktik addımlardır.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре