Məzuniyyətdən sonra yorğunluq niyə davam edir?

İstirahətdən qayıtdıqdan sonra özünü hələ də yorğun hiss etmək hər zaman qısa məzuniyyətlə bağlı olmur. Mütəxəssislərin fikrincə, əsas səbəblərdən biri məzuniyyəti də sıx plan və cədvəllərlə keçirmək, nəticədə beynin iş rejimindən çıxa bilməməsidir.

Day.Az xəbər verir ki, digər mühüm amil isə iş stresinin istirahət zamanı da insanı tərk etməməsidir.

Elektron məktublar, işlə bağlı düşüncələr və qarşıdakı tapşırıqlar dincəlməyə mane olur, bu da psixoloji gərginliyin davam etməsinə səbəb yaradır.

Ekspert məzuniyyətdən sonra bir neçə gün evdə dincəlib gündəlik həyata tədricən qayıtmağı tövsiyə edir. Onun sözlərinə görə, təxminən iki həftəlik məzuniyyət həm bərpa olunmaq, həm də iş ritmindən tam uzaqlaşmadan yenidən fəaliyyətə başlamaq üçün ən uyğun müddət hesab edilir.