https://news.day.az/azerinews/1846403.html Çində təbii fəlakət - 11 ölü, 330-dan çox yaralı Çinin Hubey əyalətində leysanla müşahidə olunan supertayfun nəticəsində azı 11 nəfər ölüb, 1 nəfər isə itkin düşüb. Day.Az xəbər verir ki, bu barədə "Sinxua" agentliyi məlumat yayıb. Məlumata görə, bazar ertəsi saat 19:00-dan 23:00-dək Huanqşi, Huanqan, Ecou və Syannin şəhərlərində ildırım və güclü külək müşahidə olunub.

Çində təbii fəlakət - 11 ölü, 330-dan çox yaralı

Azərbaycanca, 7 июля 2026 10:30 (UTC +04:00) 296
Çində təbii fəlakət

Çinin Hubey əyalətində leysanla müşahidə olunan supertayfun nəticəsində azı 11 nəfər ölüb, 1 nəfər isə itkin düşüb.

Day.Az xəbər verir ki, bu barədə "Sinxua" agentliyi məlumat yayıb.

Məlumata görə, bazar ertəsi saat 19:00-dan 23:00-dək Huanqşi, Huanqan, Ecou və Syannin şəhərlərində ildırım və güclü külək müşahidə olunub.

İki qəsəbədə küləyin sürəti 13-cü dərəcəyə çatıb. Yerli hakimiyyət orqanlarının məlumatına əsasən, bəzi ərazilərdə tornado da qeydə alınıb.

Bildirilib ki, ekstremal hava şəraiti nəticəsində 22 bina tamamilə dağılıb, daha 4 855 bina zədələnib, 331 nəfər isə xəsarət alıb.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости