https://news.day.az/azerinews/1847398.html
Hacıqabulda sərnişin avtobusu aşıb
Hacıqabul rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Day.Az Trend-ə istinadən bildirir ki ,qəza Bakı-Qazax magistral avtomobil yolunun Hacıqabul rayonunun Muğan kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Zaqatala-Bakı marşrutu üzrə hərəkət edən iritutumlu sərnişin avtobusu idarəetmədən çıxaraq aşıb.
Hacıqabulda sərnişin avtobusu aşıb
Hacıqabul rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Day.Az Trend-ə istinadən bildirir ki ,qəza Bakı-Qazax magistral avtomobil yolunun Hacıqabul rayonunun Muğan kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Zaqatala-Bakı marşrutu üzrə hərəkət edən iritutumlu sərnişin avtobusu idarəetmədən çıxaraq aşıb. Ilkin məlumata görə, hadisə nəticəsində 30-dan çox sərnişin, o cümlədən azyaşlılar müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralıların hadisə yerindən təcili tibbi yardım briqadalarının köməyi ilə Şirvan və Hacıqabul rayon mərkəzi xəstəxanalarına çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.
Присоединяйтесь к нам в мессенджерах:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре