Xaçmazda Niyazoba kəndi ərazisində yerləşən çimərlikdə təmizlik işləri aparılıb

Xaçmazda Niyazoba kəndi ərazisində yerləşən çimərlikdə təmizlik işləri aparılıb.

Day.Az xəbər verir ki, bu barədə Xaçmaz Rayon İcra Hakimiyyətindən məlumat verilib.

Bildirilib ki, icra hakimiyyətinin təşkilatçılığı ilə "Şəhərsalma və Memarlıq İli" çərçivəsində turizm zonalarında yerləşən dənizkənarı ərazilərdə təmizlik işləri aparılıb.

Niyazoba kəndi ərazisində yerləşən çimərlikdə dəniz sahilinə yığılan tullantılar, həmçinin dalğaların sahilə atdığı müxtəlif əşyalar yığışdırılıb, digər təmizlik işləri görülüb.

Toplanan zibil qalıqlarının daşınması təmin edilib. Çimərlik mövsümü ilə əlaqədar bütün sahil zolaqlarının tullantılardan təmizlənməsi mütəmadi olaraq həyata keçirilir.

Qeyd edək ki, dənizkənarı ərazilərin təmizlənməsi üçün xüsusi işçi qrupları nəzərdə tutulmayıb. Yalnız ərazi icra nümayəndələri və bələdiyyələr tərəfindən həftənin müəyən olunmuş günlərində ümümi təmizlik işləri aparılır. Odur ki, vətəndaşlardan xahiş olunur sahilyanı ərazilərdə təmizliyə ciddi riayət etsinlər, məişət tullantılarını dənizkənarı ərazilərə atmasınlar.