https://news.day.az/azerinews/1855962.html Zelenski Prezident İlham Əliyevə təşəkkür edib, Azərbaycanın Ukraynaya mövqeyini yüksək qiymətləndirib - FOTO Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycan Prezidenti İlham Əliyevə Ukraynanın müstəqilliyinin 35-ci ildönümü münasibətilə ünvanladığı səmimi təbrikə görə təşəkkür edib. Day.Az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti "X" sosial şəbəkəsindəki hesabından paylaşım edib.

Zelenski Prezident İlham Əliyevə təşəkkür edib, Azərbaycanın Ukraynaya mövqeyini yüksək qiymətləndirib - FOTO

Azərbaycanca, 25 августа 2026 16:10 (UTC +04:00) 235
Zelenski Prezident İlham Əliyevə təşəkkür edib, Azərbaycanın Ukraynaya mövqeyini yüksək qiymətləndirib

Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycan Prezidenti İlham Əliyevə Ukraynanın müstəqilliyinin 35-ci ildönümü münasibətilə ünvanladığı səmimi təbrikə görə təşəkkür edib.

Day.Az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti "X" sosial şəbəkəsindəki hesabından paylaşım edib.

"Ukraynanın suverenliyi və ərazi bütövlüyü ilə bağlı Azərbaycanın mövqeyi hər zaman qəti olub və buna görə də həmişə yüksək qiymətləndirilib. Birlikdə zamanın sınağından çıxmış iqtisadi əməkdaşlığımızı inkişaf etdirməyə, enerji və təhlükəsizlik sahələrində yeni istiqamətlər açmağa və ehtiyac yarandıqda bir-birimizə kömək əlini uzatmağa davam edirik.

Əminəm ki, Ukrayna ilə Azərbaycan arasında dostluq, qarşılıqlı hörmət və strateji tərəfdaşlıq daha da möhkəmlənəcək", - deyə paylaşımda qeyd edilib.

  • Zelenski Prezident İlham Əliyevə təşəkkür edib, Azərbaycanın Ukraynaya mövqeyini yüksək qiymətləndirib
  • Zelenski Prezident İlham Əliyevə təşəkkür edib, Azərbaycanın Ukraynaya mövqeyini yüksək qiymətləndirib
Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости