https://news.day.az/azerinews/1857082.html İti əlindən alınan qadın özündən çıxdı - VİDEO Qadağan olunmuş it cinsinə aid olduğu əsas gətirilərək heyvanı əlindən alınan qadının reaksiyası sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Day.Az Milli.Az-a istinadən xəbər verir ki, yayılan görüntülərdə vəzifəli şəxslərin qadının itini ondan götürdüyü görünür.

İti əlindən alınan qadın özündən çıxdı - VİDEO

Azərbaycanca, 1 сентября 2026 11:48 (UTC +04:00) 251
İti əlindən alınan qadın özündən çıxdı

Qadağan olunmuş it cinsinə aid olduğu əsas gətirilərək heyvanı əlindən alınan qadının reaksiyası sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

Day.Az Milli.Az-a istinadən xəbər verir ki, yayılan görüntülərdə vəzifəli şəxslərin qadının itini ondan götürdüyü görünür. Heyvanın aparılmasını göz yaşları içində izləyən qadın daha sonra özünü saxlaya bilməyib.

Sinir böhranı keçirən qadın yerə uzanaraq uzun müddət sakitləşə bilməyib. Ətrafdakıların müdaxiləsinə baxmayaraq, onun emosional vəziyyətinin bir müddət davam etdiyi görüntülənib.

Hadisəni əks etdirən video sosial şəbəkələrdə yayıldıqdan sonra izləyicilər arasında müxtəlif fikirlər bildirilib. Qadının reaksiyası və heyvanın əlindən alınması ilə bağlı görüntülər geniş müzakirə mövzusuna çevrilib.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости