https://news.day.az/azerinews/1858039.html Nepalda dağıdıcı sel nəticəsində ölənlərin sayı 1 344 nəfərə çatıb Nepalda torpaq sürüşməsi və daşqın nəticəsində ölənlərin sayı 1 344 nəfərə çatıb. Xarici KİV-in məlumatına görə, 4 898 nəfər itkin düşmüş hesab olunur. Onlar arasında əcnəbilərin ümumi sayı 698 nəfərdir. Xatırladaq ki, təbii fəlakət avqustun 26-da səhər saatlarında Nepalın şimalında baş verib.

Nepalda dağıdıcı sel nəticəsində ölənlərin sayı 1 344 nəfərə çatıb

Azərbaycanca, 5 сентября 2026 14:38 (UTC +04:00) 184
Nepalda dağıdıcı sel nəticəsində ölənlərin sayı 1 344 nəfərə çatıb

Nepalda torpaq sürüşməsi və daşqın nəticəsində ölənlərin sayı 1 344 nəfərə çatıb.

Xarici KİV-in məlumatına görə, 4 898 nəfər itkin düşmüş hesab olunur. Onlar arasında əcnəbilərin ümumi sayı 698 nəfərdir.

Xatırladaq ki, təbii fəlakət avqustun 26-da səhər saatlarında Nepalın şimalında baş verib. İlkin məlumatlara görə, daşqına səbəb Çinlə sərhəddə, "Rasuvaqadhi" sərhəd-keçid məntəqəsindən təxminən, 20 kilometr şimal-şərqdə qar uçqununun baş verməsi olub.

Su, palçıq və dağ süxurlarından ibarət güclü sel çay yatağı boyunca saatda böyük sürətlə 70 kilometrdən çox məsafə qət edərək yaxınlıqdakı yaşayış məntəqələrini dağıdıb və geniş ərazinin su altında qalmasına səbəb olub.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости