https://news.day.az/azerinews/1859014.html Nepalda ölənlərin sayı 1374-ə çatdı Nepalın Çinlə sərhəd ərazisində baş verən güclü torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 1374 nəfərə çatıb. Day.Az xəbər verir ki, təbii fəlakət nəticəsində 5,1 mindən çox insan itkin düşmüş hesab olunur. Bundan əvvəl ölənlərin sayının 1367 nəfər olduğu bildirilmişdi. Hadisə avqustun 26-da səhər saatlarında Nepalın şimalında baş verib.

Nepalda ölənlərin sayı 1374-ə çatdı

Azərbaycanca, 10 сентября 2026 11:54 (UTC +04:00) 194
Nepalda ölənlərin sayı 1374-ə çatdı

Nepalın Çinlə sərhəd ərazisində baş verən güclü torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 1374 nəfərə çatıb.

Day.Az xəbər verir ki, təbii fəlakət nəticəsində 5,1 mindən çox insan itkin düşmüş hesab olunur. Bundan əvvəl ölənlərin sayının 1367 nəfər olduğu bildirilmişdi.

Hadisə avqustun 26-da səhər saatlarında Nepalın şimalında baş verib. Dağlıq ərazidə qar uçqunu güclü sel və torpaq sürüşməsinə səbəb olub.

Nəticədə böyük həcmdə dağ süxurlarından ibarət sel çay yatağı boyunca 70 kilometrdən artıq məsafə qət edərək geniş əraziləri su altında qoyub.

Təbii fəlakətin təsirləri Nepalın qonşusu Çin ərazisində də qeydə alınıb. Çin tərəfdə azı 43 nəfərin öldüyü, 519 nəfərin isə itkin düşdüyü bildirilib.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости