Yuxuda daha çox kalori yandırmağın yolu: Əzələ kütləsi
Mütəxəssis Aleks Dimitriu bildirib ki, insan yuxu zamanı da enerji sərf edir və orta hesabla saatda 40-55 kalori yandıra bilər. Bu göstərici çəki, fiziki aktivlik və maddələr mübadiləsindən asılı olaraq dəyişir.
Day.Az xəbər verir ki, həkimin sözlərinə görə, əzələ kütləsinin çox olması enerji sərfiyyatını artıran əsas amillərdəndir. Əzələlər həm gün ərzində, həm də yuxu zamanı orqanizmin daha çox enerji sərf etməsinə səbəb olur.
Bununla belə, yuxuda kalori yandırmaq arıqlamaq üçün ayrıca üsul hesab edilmir. Çəkiyə əsasən qidalanma, fiziki aktivlik və yuxunun müddəti təsir göstərir. Yuxu çatışmazlığı isə iştahın artmasına və çəkiyə nəzarətin çətinləşməsinə səbəb ola bilər.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре