https://news.day.az/azerinews/1861211.html Füzulidə ağır yol qəzası baş verib: 1 nəfər ölüb, 3 nəfər yaralanıb Füzuli rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Day.Az Trend-ə istinadən xəbər verir ki, qəza ötən gün rayonun Mirzəcamallı kəndi ərazisində qeydə alınıb. Hadisə zamanı 1984-cü il təvəllüdlü Babayev Səxavət Niyaz oğlu "Mercedes" markalı avtomobillə hərəkətdə olarkən nəqliyyat vasitəsinə nəzarəti itirib.

Füzulidə ağır yol qəzası baş verib: 1 nəfər ölüb, 3 nəfər yaralanıb

Azərbaycanca, 19 сентября 2026 13:37 (UTC +04:00) 159
Füzulidə ağır yol qəzası baş verib:

Füzuli rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Day.Az Trend-ə istinadən xəbər verir ki, qəza ötən gün rayonun Mirzəcamallı kəndi ərazisində qeydə alınıb.

Hadisə zamanı 1984-cü il təvəllüdlü Babayev Səxavət Niyaz oğlu "Mercedes" markalı avtomobillə hərəkətdə olarkən nəqliyyat vasitəsinə nəzarəti itirib. Nəticədə avtomobil yoldan çıxaraq aşıb.

Qəza nəticəsində avtomobildə olan Beyləqan rayonunun Baharabad kənd sakini, 1991-ci il təvəllüdlü Abbasov Etibar İsmayıl oğlu aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Avtomobildə olan sürücü S.Babayev, 1977-ci il təvəllüdlü Hüseynova Ruhiyyə Sabir qızı və İsgəndərov Məhəmməd Məmməd oğlu müxtəlif dərəcəli ağır xəsarətlərlə xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости