Alban-Udi icmasının nümayəndələri Gəncəsər məbədini ziyarət ediblər - FOTO
Alban-Udi Xristian Dini İcmasının üzvləri Ağdərə rayonunun Vəngli kəndində yerləşən Gəncəsər monastırında olublar.
Day.Az Trend-ə istinadən xəbər verir ki, Xaçın çayının sol sahilində yerləşən Gəncəsər məbədi XIII əsrə aid tarixi-dini abidələrdən biridir.
Səfər çərçivəsində icma nümayəndələri monastırın ərazisi və tarixi ilə tanış olublar. Görüş zamanı alban xristian irsinin qorunması, eləcə də dini ənənələrin yaşadılması ilə bağlı məsələlər müzakirə olunub.
Tarixi mənbələrə əsasən, Gəncəsər monastırı orta əsrlərdə Alban Kilsəsinin mühüm dini mərkəzlərindən biri kimi fəaliyyət göstərib. Məbədin tikintisinə 1216-cı ildə başlanılıb və XIII əsrdə başa çatdırılıb.
Xəbər yenilənəcək
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре