Sarı, yoxsa yaşıl? Bananı belə yeyənlər diqqətli olsun
Yaşıl banan yetişmiş bananla müqayisədə daha çox davamlı nişasta və lif, daha az şəkər ehtiva edir. Yetişmə prosesində nişastanın bir hissəsi şəkərə çevrildiyi üçün banan yumşalır və şirinləşir. Yaşıl bananın qlisemik indeksinin də daha aşağı olduğu bildirilir.
Day.Az xəbər verir ki, yaşıl banan və ondan hazırlanan unun daha uzunmüddətli toxluq hissi ilə əlaqəli olduğu göstərilib.
Bəzi araşdırmalarda onun insulinə həssaslıq, iltihab və bağırsaq fəaliyyəti ilə bağlı potensial faydaları da araşdırılıb. Lakin bu nəticələrin bütün insanlar üçün eyni dərəcədə keçərli olduğu düşünülməməlidir.
Bununla belə, yaşıl banan bəzi insanlarda köp, mədə-bağırsaq narahatlığı və qəbizlik yarada bilər. Buna görə onu rasiona tədricən əlavə etmək məsləhətdir. Lateksə allergiyası olan şəxslər isə banan qəbul edərkən ehtiyatlı olmalıdır, çünki bəzi insanlarda banana qarşı da allergik reaksiya yarana bilər.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре