Azərbaycan “Visa” ilə yeni investisiya istiqamətlərini nəzərdən keçirib
"Vista Equity Partners" şirkəti ilə qlobal maliyyə bazarlarında yaranan yeni imkanlar və onların Azərbaycan iqtisadiyyatına investisiyaların cəlb edilməsi baxımından yaratdığı perspektivlər müzakirə olunub.
İqtisadiyyat Nazirliyindən verilən məlumata görə, nazir Mikayıl Cabbarov İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində "Vista Equity Partners" şirkətinin təsisçisi və sədri Robert F. Smith ilə görüşüb.
Görüşdə Azərbaycanın investisiya potensialı, ölkədə həyata keçirilən iqtisadi islahatlar və beynəlxalq investorlar üçün yaradılan imkanlar barədə fikir mübadiləsi aparılıb.
Qlobal maliyyə bazarlarında yaranan yeni imkanlar və onların Azərbaycan iqtisadiyyatına investisiyaların cəlb edilməsi baxımından yaratdığı perspektivlər müzakirə olunub.
Tərəflər qarşılıqlı maraq doğuran yeni investisiya istiqamətlərini nəzərdən keçirib, Azərbaycan ilə "Vista Equity Partners" arasında əməkdaşlığın inkişaf etdirilməsi imkanları barədə fikir mübadiləsi aparıblar.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре