https://news.day.az/azerinews/1863436.html Rusiyada yaşayan azərbaycanlıların nəzərinə: Yeni qadağa Rusiyadan Azərbaycana 1 milyon rubldan artıq nağd vəsaitin çıxarılması ilə bağlı yeni qayda tətbiq edilib. Day.Az xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin bununla bağlı sərəncam imzalayıb.

Rusiyada yaşayan azərbaycanlıların nəzərinə: Yeni qadağa

Azərbaycanca, 29 сентября 2026 15:01 (UTC +04:00) 195
Rusiyada yaşayan azərbaycanlıların nəzərinə:

Rusiyadan Azərbaycana 1 milyon rubldan artıq nağd vəsaitin çıxarılması ilə bağlı yeni qayda tətbiq edilib.

Day.Az xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin bununla bağlı sərəncam imzalayıb.

Qərara əsasən, fiziki şəxslərin Rusiyadan Azərbaycanla yanaşı Belarus, Qazaxıstan, Ermənistan, Qırğızıstan, Tacikistan və Özbəkistana 1 milyon rubldan çox nağd pul aparması qadağan edilib.

Lakin vəsaitin bank hesabından çıxarıldığını təsdiqləyən sənədlər təqdim edildiyi halda, müəyyən beynəlxalq hava limanlarından nağd pulun ölkədən çıxarılmasına icazə verilir.

Məhdudiyyət beynəlxalq sərnişin və yük daşımaları həyata keçirən hüquqi şəxslərə, həmçinin Rusiya diplomatik və konsulluq nümayəndəliklərinin fəaliyyətinin təmin edilməsi məqsədilə çıxarılan vəsaitlərə şamil olunmur.

Qaydanı pozan fiziki şəxslərin 1 milyon rubldan artıq çıxardığı məbləğin, hüquqi şəxslər və fərdi sahibkarların isə ölkədən çıxardıqları bütün nağd vəsaitin müsadirə olunması nəzərdə tutulur.

Yeni qayda sentyabrın 29-dan qüvvəyə minib.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости