https://news.day.az/azerinews/1869334.html Payızda əhval-ruhiyyəni dəstəkləyən 10 faydalı qida Payızda günlərin qısalması və günəş işığının azalması əhval-ruhiyyəyə təsir göstərə bilər. Qidalanma mütəxəssisi Binnur Okan Bakır bildirir ki, balanslı qidalanma psixoloji sağlamlığın qorunmasına kömək edir. Həddindən artıq şəkərli, qızardılmış və emal olunmuş qidaların istehlakını azaltmaq tövsiyə olunur.

Payızda əhval-ruhiyyəni dəstəkləyən 10 faydalı qida

Azərbaycanca, 25 октября 2026 02:15 (UTC +04:00) 313
Payızda əhval-ruhiyyəni dəstəkləyən 10 faydalı qida

Payızda günlərin qısalması və günəş işığının azalması əhval-ruhiyyəyə təsir göstərə bilər. Qidalanma mütəxəssisi Binnur Okan Bakır bildirir ki, balanslı qidalanma psixoloji sağlamlığın qorunmasına kömək edir. Həddindən artıq şəkərli, qızardılmış və emal olunmuş qidaların istehlakını azaltmaq tövsiyə olunur.

Day.Az-ın məlumatına görə,  mütəxəssis payızda balıq, yumurta, qatıq, kefir, yulaf, tam taxıllı çörək, paxlalılar, yaşıl və narıncı tərəvəzlər, qırmızı və narıncı meyvələr, həmçinin qoz, badam və fındıq kimi çərəzlərə üstünlük verməyi məsləhət görür. Bu məhsullar zülal, omeqa-3 yağ turşuları, vitaminlər, minerallar və liflə zəngindir.

Əhval-ruhiyyəni qorumaq üçün yalnız qidalanma deyil, keyfiyyətli yuxu, müntəzəm fiziki aktivlik, gün işığından faydalanmaq və sosial ünsiyyət də vacibdir. Uzun müddət davam edən ruh düşkünlüyü, yuxu və iştah dəyişiklikləri müşahidə edilərsə, mütəxəssisə müraciət etmək tövsiyə olunur.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости