https://news.day.az/azerinews/1869430.html Bolqarıstanda prezident seçkiləri başlayıb Bolqarıstanda prezident vəzifəsi uğrunda 27 namizədin mübarizə apardığı seçki prosesi başlayıb. Ölkə ərazisindəki seçki məntəqələri yerli vaxtla saat 07:00-da (Bakı vaxtı ilə 09:00-da) fəaliyyətə başlayıb. Səsvermənin təşkili üçün ölkə üzrə 12 mindən çox seçki məntəqəsi yaradılıb.

Bolqarıstanda prezident seçkiləri başlayıb

Azərbaycanca, 25 октября 2026 10:06 (UTC +04:00) 279
Bolqarıstanda prezident seçkiləri başlayıb

Bolqarıstanda prezident vəzifəsi uğrunda 27 namizədin mübarizə apardığı seçki prosesi başlayıb.

Ölkə ərazisindəki seçki məntəqələri yerli vaxtla saat 07:00-da (Bakı vaxtı ilə 09:00-da) fəaliyyətə başlayıb.

Səsvermənin təşkili üçün ölkə üzrə 12 mindən çox seçki məntəqəsi yaradılıb. Seçkilərdə təxminən 6,6 milyon vətəndaşın səsvermə hüququ var. Bolqarıstan vətəndaşları, o cümlədən xaricdə yaşayan seçicilər, dünyanın 60 ölkəsində səs verə biləcəklər.

 

Seçki məntəqələrinin yerli vaxtla saat 20:00-da (Bakı vaxtı ilə 22:00-da) bağlanacağı gözlənilir. Rəsmi seçki nəticələrinin oktyabrın 27-də elan edilməsi nəzərdə tutulur.

Bolqarıstanda prezident ümumxalq səsverməsi əsasında beş il müddətinə seçilir. Eyni şəxs ardıcıl olaraq ən çoxu iki müddət prezident vəzifəsini tuta bilər. Seçicilər prezidentlə yanaşı, vitse-prezidenti də müəyyən edirlər.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости