https://news.day.az/azerinews/1871836.html Türkiyə Heydər Əliyev parkı ilə bağlı yayılan məlumatları təkzib etdi Türkiyənin İstanbul şəhərində yerləşən Heydər Əliyev parkındakı büstün götürüləcəyi və parkın yerində mədəniyyət mərkəzinin tikiləcəyi barədə yayılan məlumatlar təkzib edilib. Bu barədə Türkiyə Prezidenti Administrasiyasının Dezinformasiya ilə Mübarizə Mərkəzinin "X" sosial şəbəkə hesabında yayılan məlumatda bildirilib.

Türkiyə Heydər Əliyev parkı ilə bağlı yayılan məlumatları təkzib etdi

Azərbaycanca, 3 ноября 2026 21:12 (UTC +04:00) 463
Türkiyə Heydər Əliyev parkı ilə bağlı yayılan məlumatları təkzib etdi

Türkiyənin İstanbul şəhərində yerləşən Heydər Əliyev parkındakı büstün götürüləcəyi və parkın yerində mədəniyyət mərkəzinin tikiləcəyi barədə yayılan məlumatlar təkzib edilib.

Bu barədə Türkiyə Prezidenti Administrasiyasının Dezinformasiya ilə Mübarizə Mərkəzinin "X" sosial şəbəkə hesabında yayılan məlumatda bildirilib.

"Bəzi sosial şəbəkə hesablarında yer alan "Şişlidəki Heydər Əliyev parkında yerləşən büstün götürüləcəyi və ərazinin sökülərək yerində mədəniyyət mərkəzinin tikiləcəyi" barədə iddialar əsassızdır.

Şişli Bələdiyyəsinin sözügedən ərazi ilə bağlı həyata keçirdiyi hər hansı iş yoxdur və belə bir layihə gündəmdə deyil.

İki dost və qardaş ölkə arasındakı münasibətləri hədəf alaraq ictimaiyyəti yanıltmağa yönəlmiş, təxribat və dezinformasiya xarakterli iddialara etibar edilməməsi xahiş olunur", - deyə paylaşımda qeyd edilib.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости