Evdə ayaqyalın gəzmək daban ağrılarını artıra bilər
Evdə, xüsusilə sərt döşəmə üzərində ayaqyalın gəzmək daban ağrılarını artıra bilər.
Day.Az xəbər verir ki, mütəxəssislərin fikrincə, ayağın kifayət qədər dəstəklənməməsi ayaqaltı toxumaların gərginləşməsinə və səhərlər daha çox hiss olunan kəskin ağrılara səbəb ola bilər.
Bu ağrılar bəzən daban nahiyəsində sümük çıxıntısı ilə əlaqələndirilir. Lakin əsas ağrı səbəbi çox vaxt ayaqaltı toxumaların zədələnməsi və iltihabıdır. Mütəxəssislər ağrını azaltmaq üçün dabanı yerə sərt vurmaq kimi üsullardan istifadə etməməyi tövsiyə edirlər.
Problemin aradan qaldırılması üçün ayağın buzlu su şüşəsi ilə masaj edilməsi, dəsmalla dartma hərəkətləri və şok dalğası terapiyası tövsiyə olunur. Həmçinin evdə yumşaq içlikli ayaqqabılardan istifadə etmək və sərt səthlərdə ayaqyalın gəzməmək məsləhət görülür.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре