https://news.day.az/azerinews/1874721.html Azərbaycan NATO ilə tərəfdaşlığı inkişaf etdirməyə hazırdır - Hikmət Hacıyev - FOTO Azərbaycan qarşılıqlı hörmət, ümumi maraqlar və praktiki əməkdaşlıq əsasında NATO ilə tərəfdaşlığını daha da inkişaf etdirməyə hazırdır.

Azərbaycan NATO ilə tərəfdaşlığı inkişaf etdirməyə hazırdır - Hikmət Hacıyev - FOTO

Azərbaycanca, 16 ноября 2026 16:00 (UTC +04:00) 134
Azərbaycan NATO ilə tərəfdaşlığı inkişaf etdirməyə hazırdır

Azərbaycan qarşılıqlı hörmət, ümumi maraqlar və praktiki əməkdaşlıq əsasında NATO ilə tərəfdaşlığını daha da inkişaf etdirməyə hazırdır.

Day.Az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev NATO Daimi Nümayəndələrinin müavinləri Komitəsi ilə "NATO + Azərbaycan" formatında keçirilən görüşündə bildirib.

Hikmət Hacıyevin "X" sosial şəbəkəsindəki paylaşımına əsasən, görüş Azərbaycan-NATO tərəfdaşlığının inkişafında əldə olunan irəliləyişləri qiymətləndirmək, həmçinin regional və beynəlxalq gündəliyi müzakirə etmək imkanı yaradıb.

O, Azərbaycanın NATO-nun etibarlı tərəfdaşı kimi beynəlxalq sülh və təhlükəsizliyə, o cümlədən beynəlxalq sülhməramlı əməliyyatlarda iştirakına verdiyi töhfəni vurğulayıb.

H.Hacıyev qeyd edib ki, ötən illər ərzində Azərbaycanın NATO ilə əməkdaşlığı siyasi dialoqu, müdafiə, təhlükəsizlik və potensialın gücləndirilməsi sahələrində praktiki qarşılıqlı fəaliyyəti əhatə edən çoxşaxəli tərəfdaşlığa çevrilib.

"1994-cü ildə Azərbaycan bu tərəfdaşlığa müharibə və qeyri-müəyyənlik dövündə qoşulub. Bu gün isə biz bərpa edilmiş suverenlik, real sülh və artan regional məsuliyyət şəraitində fəaliyyət göstəririk. Tərəfdaşlığımız qarşılıqlı hörmətə, ümumi maraqlara və praktiki əməkdaşlığa əsaslanır. Təhlükəsiz, qarşılıqlı bağlılığa malik və sülh şəraitində olan Cənubi Qafqaz naminə bu tərəfdaşlığı yeni səviyyəyə qaldırmağa hazırıq", - deyə H.Hacıyev bildirib.

  • Azərbaycan NATO ilə tərəfdaşlığı inkişaf etdirməyə hazırdır
  • Azərbaycan NATO ilə tərəfdaşlığı inkişaf etdirməyə hazırdır
  • Azərbaycan NATO ilə tərəfdaşlığı inkişaf etdirməyə hazırdır
  • Azərbaycan NATO ilə tərəfdaşlığı inkişaf etdirməyə hazırdır
  • Azərbaycan NATO ilə tərəfdaşlığı inkişaf etdirməyə hazırdır
  • Azərbaycan NATO ilə tərəfdaşlığı inkişaf etdirməyə hazırdır
Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости