https://news.day.az/azerinews/1875218.html “Diplom varsa, avtomatik biliklər də var” – Nazir bu yanaşmanı tənqid etdi Təhsil müəssisələri diplom verərkən məzunun qazandığı bilik və bacarıqları əsas götürməlidir. Day.Az Trend-ə istinadən xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev çərşənbə günü "Peşə Təhsili Forumu - 2026" tədbirində deyib. "Bizdə yanaşma ondan ibarətdir ki, diplom varsa, deməli, avtomatik biliklər də var.

“Diplom varsa, avtomatik biliklər də var” – Nazir bu yanaşmanı tənqid etdi

Azərbaycanca, 18 ноября 2026 12:52 (UTC +04:00) 315
“Diplom varsa, avtomatik biliklər də var”

Təhsil müəssisələri diplom verərkən məzunun qazandığı bilik və bacarıqları əsas götürməlidir.

Day.Az Trend-ə istinadən xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev çərşənbə günü "Peşə Təhsili Forumu - 2026" tədbirində deyib.

"Bizdə yanaşma ondan ibarətdir ki, diplom varsa, deməli, avtomatik biliklər də var. Bu, təəssüf ki, çox vaxt belə deyil. Diplomun arxasında, fərqi yoxdur, peşə və ya ali təhsildə nəyin durduğunu müəyyənləşdirmək təhsil müəssisələrimizin əsas, prinsipial mövqeyi olmalıdır. Diplomu illərə görə yox, biliyə görə, bacarığa görə vermək lazımdır", - deyə nazir bildirib.

Emin Əmrullayev qeyd edib ki, son on ildə həm peşə, həm də ali təhsilin əhatə dairəsi genişlənib. Onun sözlərinə görə, hazırda ali təhsil üzrə təxminən 60 min yer ayrılır, kolleclərə 20 minə yaxın, peşə təhsili müəssisələrinə isə 25-26 min nəfər qəbul oluna bilir. Bununla belə, nazirin sözlərinə görə, hər il bir neçə on min nəfər ixtisas qazanmadan təhsili başa vurur.

Nazir vurğulayıb ki, peşə təhsilində keyfiyyəti yüksəltmək üçün tədris proqramları əmək bazarının tələblərinə uyğunlaşdırılmalı, müəllimlərin peşə bacarıqları gücləndirilməli və məzunların qazandıqları səriştələr qiymətləndirilməlidir.

Emin Əmrullayev ibtidai təhsilin keyfiyyətinin sonrakı təhsil pillələrinə birbaşa təsir etdiyini də bildirib. O qeyd edib ki, ibtidai siniflərdə çalışan müəllimlərin böyük bir qismi orta ixtisas təhsillidir. Nazirliyin yanaşmasına görə, ibtidai və məktəbəqədər təhsildə tədrisi ali təhsilli müəllimlər aparmalıdır.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости