https://news.day.az/azerinews/1875254.html Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin müavinlərinin sayı artırılıb Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin müavinlərinin sayı artırılıb. Day.Az AZƏRTAC-a istinadən xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb. Belə ki, Dövlət Komitəsi sədrinin müavinlərinin sayı üçə çatdırılıb. Bununla da sədrin birinci müavini ilə birlikdə dörd müavini olacaq.

Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin müavinlərinin sayı artırılıb

Azərbaycanca, 18 ноября 2026 14:30 (UTC +04:00) 206
Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin müavinlərinin sayı artırılıb

Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin müavinlərinin sayı artırılıb.

Day.Az AZƏRTAC-a istinadən xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb.

Belə ki, Dövlət Komitəsi sədrinin müavinlərinin sayı üçə çatdırılıb. Bununla da sədrin birinci müavini ilə birlikdə dörd müavini olacaq.

Qeyd edək ki, "Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi haqqında Əsasnamə"yə əsasən, indiyədək komitənin sədrinin Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən bir birinci müavini və iki müavini var idi.

Komitə sədrinin müavinləri onlara sədr tərəfindən həvalə edilmiş vəzifələri yerinə yetirir və bunun üçün şəxsən məsuliyyət daşıyırlar.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости