https://news.day.az/azerinews/1875326.html 104 kq narkotik vasitə və 8070 ədəd narkotik tərkibli həbi dövriyyədən çıxarılıb Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsi narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində əməliyyatlar keçirib.

104 kq narkotik vasitə və 8070 ədəd narkotik tərkibli həbi dövriyyədən çıxarılıb

Azərbaycanca, 18 ноября 2026 17:41 (UTC +04:00) 338
104 kq narkotik vasitə və 8070 ədəd narkotik tərkibli həbi dövriyyədən çıxarılıb

Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsi narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində əməliyyatlar keçirib.

Day.Az xəbər verir ki, paytaxt ərazisində, eləcə də Gəncə şəhəri, Abşeron, Qobustan və Salyan rayonlarında keçirilən tədbirlərlə Orxan Bağırov, Türbət Baxşıyev, Mülayim Əliyeva, Roman Əliyev, Alış Əjdərov, Babaəli Talıbov, Kamran Uzunov, həmçinin İran vətəndaşı Ramın Vafaeı Taleshmekaeıl saxlanılıblar.

Onlardan ümumilikdə 104 kiloqram narkotik vasitə və 8070 ədəd narkotik tərkibli həb aşkarlanıb.

Araşdırmalarla saxlanılan şəxslərin xaricdə yaşayan narkotacirlərin tapşırıqları əsasında qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilən narkotiklərin qanunsuz dövriyyəsini təşkil etdikləri müəyyən olunub.

Faktlarla bağlı cinayət işləri başlanılıb.

Saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости