https://news.day.az/azerinews/1876150.html Ağdamda sahibsiz itlər məktəbli qıza hücum edib - FOTO Ağdam rayonunda məktəbli qız sahibsiz itlərin hücumuna məruz qalıb. Trend-in Qarabağ bürosunun xəbərinə görə, hadisə rayonun Quzanlı qəsəbəsində baş verib. Belə ki, Ağdam rayon 150 saylı tam orta məktəbin şagirdi dərsdən sonra evə gedərkən bir neçə sahibsiz itin hücumuna məruz qalıb.

Ağdamda sahibsiz itlər məktəbli qıza hücum edib - FOTO

Azərbaycanca, 21 ноября 2026 18:02 (UTC +04:00) 181
Ağdamda sahibsiz itlər məktəbli qıza hücum edib

Ağdam rayonunda məktəbli qız sahibsiz itlərin hücumuna məruz qalıb.

Trend-in Qarabağ bürosunun xəbərinə görə, hadisə rayonun Quzanlı qəsəbəsində baş verib.

Belə ki, Ağdam rayon 150 saylı tam orta məktəbin şagirdi dərsdən sonra evə gedərkən bir neçə sahibsiz itin hücumuna məruz qalıb. Hadisəni görən yaxınlıqdakı sakinlər dərhal müdaxilə edərək qızı itlərin hücumundan xilas ediblər.

 

Hücum nəticəsində məktəblinin ayaq nahiyəsindən xəsarət aldığı bildirilir.

Qeyd edək ki, hadisə ərazidəki təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb.

Faktla bağlı araşdırma aparılır.

  • Ağdamda sahibsiz itlər məktəbli qıza hücum edib
  • Ağdamda sahibsiz itlər məktəbli qıza hücum edib
  • Ağdamda sahibsiz itlər məktəbli qıza hücum edib
  • Ağdamda sahibsiz itlər məktəbli qıza hücum edib
Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости