https://news.day.az/azerinews/1876430.html
Azərbaycan və Çexiya arasındakı hərbi-texniki əməkdaşlıq sazişi təsdiq edilib
"Azərbaycan Respublikası Hökuməti ilə Çex Respublikası Hökuməti arasında hərbi-texniki əməkdaşlıq haqqında Saziş" təsdiq edilib. Day.Az AZƏRTAC-a istinadən xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb. Fərmana əsasən, 2026-cı il sentyabrın 30-da Bakı şəhərində imzalanmış saziş təsdiq edilib.
Azərbaycan və Çexiya arasındakı hərbi-texniki əməkdaşlıq sazişi təsdiq edilib
"Azərbaycan Respublikası Hökuməti ilə Çex Respublikası Hökuməti arasında hərbi-texniki əməkdaşlıq haqqında Saziş" təsdiq edilib.
Day.Az AZƏRTAC-a istinadən xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb.
Fərmana əsasən, 2026-cı il sentyabrın 30-da Bakı şəhərində imzalanmış saziş təsdiq edilib.
Saziş qüvvəyə mindikdən sonra Azərbaycan Müdafiə Sənayesi Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin etməlidir.
Xarici İşlər Nazirliyi Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Çex Respublikası Hökumətinə bildiriş göndərməlidir.
Присоединяйтесь к нам в мессенджерах:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре