Dəriyə qulluqda qatran sabunu: Hansı faydaları var?
Tünd rəngi və kəskin qoxusu ilə seçilən qatran sabunu həm dəriyə qulluqda, həm də məişətdə istifadə olunur. Xüsusilə yağlı və sızanağa meyilli dərilərdə artıq yağın təmizlənməsinə, qara nöqtə və sızanaqların görünüşünün azalmasına kömək edə bilər.
Day.Az xəbər verir ki, qatran sabunundan kəpək və seboreya kimi baş dərisi problemlərində də köməkçi vasitə kimi istifadə edilir. Lakin saçlarda quruluq yarada bildiyindən yuyunduqdan sonra saç kremindən istifadə etmək tövsiyə olunur. Həmçinin təraşdan sonra dərini sakitləşdirmək və tər qoxusunu azaltmaq məqsədilə tətbiq edilir.
Bundan başqa, qatran sabunu parçalardakı çətin ləkələrin çıxarılmasında, mətbəx səthlərinin təmizlənməsində və kəskin qoxusuna görə həşəratları uzaqlaşdırmaq üçün də istifadə olunur. Bununla belə, həssas dəridə quruluq və qıcıqlanma yarada biləcəyi nəzərə alınmalıdır.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре