8 həftəyə 4 il gəncləşmək mümkündür – Alimlərdən maraqlı açıqlama
Elmi araşdırmalara görə, insan ömrünün təxminən 25-40 faizi genetik faktorlarla, qalan hissəsi isə həyat tərzi ilə bağlıdır. Qidalanma, yuxu, fiziki aktivlik və stress kimi amillər həm sağlamlığa, həm də yaşlanma prosesinə təsir göstərir.
Day.Az xəbər verir ki, araşdırmalardan birində cəmi 8 həftə ərzində həyat tərzinin dəyişdirilməsi nəticəsində bioloji yaşın orta hesabla 4,6 il azaldığı müəyyən edilib. Alimlər bunu genlərin fəaliyyətini tənzimləyən epigenetik mexanizmlərlə əlaqələndirirlər. Uzunömürlülükdə APOE2, FOXO3a, CETP və SIRT6 kimi genlərin də rolunu araşdırırlar.
Mütəxəssislər sağlam yaşlanmaq üçün balanslı qidalanmağı, müntəzəm idman etməyi, keyfiyyətli yatmağı və stressdən uzaq durmağı tövsiyə edirlər. Bununla belə, yaşlanmanı yavaşlatmağa yönələn bir sıra bioloji mexanizmlərlə bağlı tədqiqatlar hələ eksperimental mərhələdədir.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре