Tayvanda zəlzələ: 17 mərtəbəli bina uçdu, ölənlər var - VİDEO - FOTO
Day.Az представляет новость на азербайджанском языке.
Tayvanın Taynan şəhərində baş vermiş zəlzələ nəticəsində 17 mərtəbəli bina uçub.
Day.Az APA-ya istinadən bildirir ki, nəticədə üç nəfər ölüb. Azı 300 zərərçəkən xəstəxanalara yerləşdirilib.
Dağıntıların miqyası barədə tam məlumat hələ ki, verilmir. Məlumdur ki, yeraltı təkanlar əhalisi 1 milyon 800 min nəfər təşkil edən Taynan şəhərində azı 5 böyük binaya zərər vurub. Burada 17 mərtəbəli binanın qismən uçduğu, 160 nəfərin dağıntılar altından çıxarıldığı bildirilir. Şəhərdəki ticarət mərkəzlərinin birində 70-dək insan köməksiz vəziyyətdə qalıb, onlardan 45-i xilasedicilər tərəfindən evakuasiya olunub. Bundan başqa, Taynanda 7 mərtəbəli bina və bir neçə xırda tikili qismən dağılıb.
Qeyd edək ki, fevralın 5-də Tayvanda 6,7 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanların episentri Qaosyün şəhərindən 42 km şimal-şərqdə, ocağı isə 17 km dərinlikdə yerləşib. Əvvəl zəlzələnin 6,4 bal gücündə olduğu bildirilirdi.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре


